Berluskoni İtaliyada yeni klub alacaq


İdman 06 Sen 2018 15:49:00 310 0

Berluskoni İtaliyada yeni klub alacaq

Milan-ın keçmiş sahibi Silvio Berluskoni yeni klub almağı planlaşdırır. Goal.az xəbər verir ki, Berluskoni İtaliyanın 3-cü seriyasında çıxış edən Monza klubunu almaq niyyətindədir. Artıq Berluskoni ilə Milan-ın sabiq vitse-prezidenti Adriano Qallianinin bununla bağlı danışıqlar apardıqları barədə məlumat yayılıb.

Berluskoni Milan-ı 1986-cı ildə almışdı. O, klubu 2017-ci ildə çinli biznesmenə 860 milyon dollara satıb.