Roberto Soldado: "Çox məyusam"


İdman 06 Sen 2018 15:30:00 267 0

Roberto Soldado: "Çox məyusam"

Fenerbahçe Avropa Liqasının qrup mərhələsi üçün UEFA-ya göndərdiyi iştirak ərizəsinə 8 futbolçusunu daxil etməmişdi. Həmin futbolçulardan Roberto Soldado məsələyə münasibət bildirib. Goal.az xəbər verir ki, ispan hücumçu sosial şəbəkə hesabından açıqlama yayıb:

“UEFA-ya göndərilən siyahıda olmadığım üçün çox məyusam, amma hazırda tək istədiyim komanda yoldaşlarıma dəstək olmaqdır. Mübarizə aparacağımız digər turnirlərdə komandam üçün əlimdən gələnin ən yaxşısını edəcəm”.

32 yaşlı futbolçu ötən il Villarreal-dan "sarı lacivərdlilər"ə transfer olunmuşdu.