Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək


Digərləri 06 Sen 2018 15:23:00 201 0

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək

Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrın 8-də əlavə imtahan keçiriləcək

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək. DİM-dən Trend-ə verilən məlumata görə, buraxılış imtahanları Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq. İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 682, II mərhələsi üzrə 197, XI sinif üzrə isə 164 şagirdin iştirakı gözlənilir. İmtahanların idarə olunması üçün 9 imtahan rəhbəri, 92 nəzarətçi-müəllim ayrılıb. İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq. Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 3-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: