Kür çayında naməlum kişi meyiti tapıldı


Digərləri 06 Sen 2018 15:10:00 253 0

Kür çayında naməlum kişi meyiti tapıldı

Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində avqustun 29-da batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları aparılan zaman Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkar edilib.

FHN-dən Son.az-a verilən məlumata görə, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Hazırda meyitin kimliyinin müəyyən olunması üçün zəruri tədbirlər görülür. Axtarışlar davam etdirilir.