Bakıda açıq hava film festivalı keçiriləcək FOTO


Kriminal 06 Sen 2018 14:54:00 238 0

Bakıda açıq hava film festivalı keçiriləcək  FOTO

Adriano Çelentanonun 80 illik yubileyi ilə əlaqədar Bakıda açıq hava film festivalı keçiriləcək

Adriano Çelentanonun 80 illik yubileyi ilə əlaqədar Bakıda açıq hava film festivalı keçiriləcək.

Son.az xəbər verir ki, 9-13 sentyabr 2018-ci il tarixlərində Bakıda Adriano Çelentanonun  80 illik yubileyinə həsr olunan  "Adriano Çelentano Açıq Hava Film Festivalı" keçiriləcəkdir.

İtaliya səfirliyi tərəfindən təşkil edilən festivalda, Adriano Celentanonun çəkildiyi ən məşhur və sevilən filmləri təqdim olunacaq: "Blef", "Dəlicəsinə Aşiq Olan", "Tuz",  "İnadkarın Ram Edilməsi" "Məxmər Əllər". Aktyor, müğənni, bəstəkar, rejissor və şoumen kimi tanınan Adriano Çelentano 1938-ci ildə Milanda doğulub. 

Uzun və müvəffəqiyyətli karyerası zamanı ümumi tirajı 200 milyon nüsxədə olan 40 albom buraxmışdı. Bu real rekorddu. 1958-ci ildə gənc Çelentano film sənayesində karyerasına Federiko Fellininin 1960-ci ilin filmi "Dolce Vita"-da rok müğənnisi rolunda başlamışdır. Adriano Çelentano 1969-cu ildə Pietro Cerminin "Serafino" filmində  baş rolda oynayaraq böyük ekranda müvəffəqiyyətlə yol açdı.


Xəbərə aid fotolar