"Səni deyirlər" mahnısının sözləri Şəhriyar Del Geraninin imiş FOTOFAKT


Digərləri 06 Sen 2018 14:58:15 331 0

"Səni deyirlər" mahnısının sözləri Şəhriyar Del Geraninin imiş  FOTOFAKT

Son günlərdə Güney Azərbaycanda Urmiya gölünün qurudulmasına etiraz olaraq trendə çevrilən "Səni deyirlər" rəqs havası böyük marağa səbəb olub. 

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə  #senideyirler həştəqi ilə artıq yüzlərlə video paylaşılıb. İnsanlar adıkeçən mahnıya rəqs edərək həmrəyliyini bildirir və videolarını paylaşırlar. Mövzu artıq dünyanın aparıcı medialarının da diqqətini çəkib.

Sevindirici haldır ki, Azərbaycan respublikasından da bu aksiyaya qoşulanların sayı durmadan artır. Aksiyanın pozitivliyi getdikcə daha çox insanı öz ağuşuna alır.

Son günlər sosial şəbəkələrdə güneyli ifaçının adı Alireza Şərifzadə kimi qeyd olunsa da, əslində yayılan videodakı ifaçı İbrahim Makılı kimi bilinən - İbrahim Əlizadədir.

Mahnı ilə bağlı əsas maraqlı məqamlardan biri isə bu mahnı mətninin orijinal versiyası ilə bağlıdır.  Belə ki, sonradan mahnıya çevrilən orijinal mətnin müəllifi Azərbaycanın tanınmış şairi Şəhriyar del Geranidir.

Bu haqda qaynarinfo-ya danışan müəllif bildirib ki, bu şeiri bir neçə il əvvəl İranda həbsdə olarkən yazıb.

Qeyd edək ki, Şəhriyar del Gerani və şair həmkarı Fərid Hüseyn 2012-ci il aprelin 29-da Tehranda keçirilən şer festivalına dəvət edilib. Şairlər festivaldan qayıdarkən mayın 2-də Təbrizdə naməlum mülki geyimli şəxslər tərəfindən həbs edilmişdilər. Olay iki dövlət arasında gərginliyə səbəb olmuşdu. Şairlər həmin ilin sentyabr ayının ilk günlərində azad edilmişdilər.


Xəbərə aid fotolar