Qazaxda avtomobillə vurulan piyada xəstəxanada keçinib


Digərləri 06 Sen 2018 14:27:07 178 0

Qazaxda avtomobillə vurulan piyada xəstəxanada keçinib

Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində Orta-Salahlı kənd sakini Turxan Nəzərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlövsət Nəsibovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.