Slavçev: "Bu formatda yarış keçirmək lazım idi"


İdman 06 Sen 2018 13:53:00 312 0

Slavçev: "Bu formatda yarış keçirmək lazım idi"

Qarabağ və Bolqarıstan millisinin yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin mətbuatına açıqlama verib. Goal.az xəbər verir ki, futbolçu Millətlər Liqası barədə bunları deyib:

"Düşünürəm ki, bu formatda yarış keçirmək lazım idi. Millətlər Liqası futbolçuların öz yığmalarında daha çox beynəlxalq oyun keçirməsi baxımından önəmlidir. Bizdə lider kolektiv oyundur. Sloveniyanı yaxşı tanıyırıq. Çətin rəqib olmasına baxmayaraq, artıq yaxşı nəticələr qazanmağa başlamalıyıq. Özümü əla hiss edirəm. Çünki artıq çox oynayıram. Yaxşı fiziki formadayam. Özümə lazımı qədər güvənim var. Klubumda olduğu kimi, millidə qarşıma yüksək hədəflər qoymuşam".

Bolqarıstan yığması Millətlər Liqasında ikinci oyununu isə sentyabrın 9-da Norveçə qarşı keçirəcək.