“Şanxay”: yeni Bakının köhnə üzü FOTO


Digərləri 06 Sen 2018 13:36:00 570 0

“Şanxay”: yeni Bakının köhnə üzü  FOTO

50-ci illərin əvvəllərində Nizami rayonunun Keşlə qəsəbəsində "Şanxay" adlı məhəllə salınıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, məhəllənin adının tarixçəsi var.

Belə ki, bu qəsəbədə Hacı Salman adlı kişi yaşayırmış. Bir dəfə o, Çinin Şanxay şəhərinə gedib. Kişi geri qayıdanda məhəllə sakinləri ondan səfər etdiyi yerlərin necə olduğunu soruşublar.

Hacı Salman cavab verib: "Ora məhəlləmizdən heç də fərqlənmir. Orada da qatarlar evlərin yanından keçir, burada da".