Bakıda yolu keçən piyadanı maşın vurub


Digərləri 06 Sen 2018 13:33:00 239 0

Bakıda yolu keçən piyadanı maşın vurub

Nərimanov rayonunun Z.Bünyadov prospektində “Mercedes” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişi vurulub

Bakı. Bakıda yolu keçən piyadanı maşın vurub. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 5-də saat 1 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində Bakı şəhər sakini Asiman Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.