Bağlanan mağazalarla bağlı “28 Mall”dan açıqlama


Digərləri 06 Sen 2018 13:03:00 266 0

Bağlanan mağazalarla bağlı “28 Mall”dan açıqlama

Sosial mediada "28 Mall" ticarət mərkəzində mağazaların bağlanması ilə bağlı xəbərlər yayılıb.

Onlardan biri "Bazarstore" supermarketlər şəbəkəsinin "28 Mall" ticarət mərkəzində yerləşən filialı olduğu bildirilir.

Son.az xəbər verir ki, məsələ ilə bağlı ticarət mərkəzindən bizimyol.info-ya bildirilib ki, ilin əvvəlindən etibarən yeniliklər tətbiq edən "28 Mall" payız mövsümündə də ənənəsinə sadiqdir: "Daim aparılan bazar araşdırmaları, müştəri məmnuniyyət sorğuları nəticəsində tətbiq edilən yenliklərdə əsas məqsəd ticarət mərkəzinə gələn müştərinin burada bütün ehtiyaclarını ödəməsi, vaxt itirməməsi, axtardığını tapması və əylənə bilməsidir.