Atası ilə əlbir olub, görün anasına nə etdi


Dünya 06 Sen 2018 13:09:57 237 0

Atası ilə əlbir olub, görün anasına nə etdi

Kiprdəki sirli cinayətin üstü açılıb. 

Son.az Haberler-ə istinadən xəbər verir ki, arvadını öldürən ər "az cəza alar" deyə, oğlunu da cinayət əməlinə bulaşdırıb.

DNT testindən sonra həqiqət ortaya çıxıb. Ərin arvadını öldürdükdən sonra qadının üzünə və ağzına kimyəvi məhlul tökdüyü məlum olub.   Qatil Levent Sorverin öncə polisə zəng edərək oğurluq təəssüratı yaratmağa çalışdığı, sonra da cinayəti "az cəza alar" düşüncəsi ilə oğlunun üzərinə yıxmağa cəhd etdiyi test nəticəsində ortaya çıxıb.

Hesabatda qatilin arvadını boğaraq öldürdükdən sonra qadının üzünə və ağzına kimyəvi məhlul tökdüyü qeyd edilib.