Moskvada muzeylərə giriş ödənişsiz olacaq


Digərləri 06 Sen 2018 13:08:20 319 0

Moskvada muzeylərə giriş ödənişsiz olacaq

Moskva sakinləri və qonaqlar sentyabrın 8-i və 9-da paytaxt muzey və qalereyaları ödəniş etmədən ziyarət edə biləcəklər.

Bakı. Moskva sakinləri və qonaqlar sentyabrın 8-i və 9-da paytaxt muzey və qalereyaları ödəniş etmədən ziyarət edə biləcəklər. Trend-in məlumatına görə, bu barədə şəhər meriyası bildirib. Meriyadan bildiriblər ki, bu addım Moskvanın 871 illiyi münasibətilə atılır. Bu əlamətdar hadisə ilə əlaqədar Moskvada 81 muzeyin ziyarətçilərin üçün ödənişsiz olacağı bildirilir.