"Sambaçı" vətəninə qayıdır


İdman 06 Sen 2018 12:52:00 236 0

"Sambaçı" vətəninə qayıdır

Braziliyanın  Flamengo komandasından Real-a transfer edilən Vinisius Junior yenidən öz ölkəsinə qayıda bilər.

Goal.az xəbər verir ki, keçmiş klubu hücumçunu icarəyə götürmək niyyətindədir. Madrid klubu 18 yaşlı Junioru Çempionlar liqasında əsas heyətə daxil edib. Əvvəllər isə bu futbolçunun yalnız  madridlilərin ikinci klubu Castilla-da çıxış edəcəyi deyilirdi. Junior Kastilyo-da iki dəfə meydana çıxıb. 2 qol vurub.    

Real gənc hücumçunu Flamengo-dan 45 milyon müqabilində transfer edib. Junior braziliyalılar arasında Neymardan sonra ikinci bahalı futbolçu sayılır.