Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 68 əcnəbi saxlanılıb (FOTO)


Digərləri 06 Sen 2018 12:24:00 235 0

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 
68 əcnəbi saxlanılıb (FOTO)

Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 68 nəfər əcnəbi saxlanılıb.

Bakı. Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 68 nəfər əcnəbi saxlanılıb. DMX-dən Trend-ə verilən məlumata görə, saxlanılmış əcnəbilərdən 11 nəfərinin qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 52 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.