Ermənistana toplaşan PKK üzvlərinin dəhşətli planı üzə çıxdı:


Dünya 06 Sen 2018 11:55:00 250 0

Ermənistana toplaşan PKK üzvlərinin dəhşətli planı üzə çıxdı:

Şimali İraqdan Qara dəniz istiqamətinə sızmaq cəhdi boşa çıxan PKK terror təşkilatının yeni planı ifşa olunub.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, PKK-nın Ermənistanda olan düşərgələrində yerləşmiş terrorçular qanunsuz solçu terror təşkilatlarının olduğu Agrı, Bingöl, Tunceli və Tokat üzərindən Qara dəniz dağlarına keçməyə çalışır.

Türkiyənin "Yeni Şəfəq" qəzetinin xəbərinə görə, PKK-nın Ermənistandakı düşərgələrindən terrorçuların sərhədi keçərək Tendurek dağına yerləşdiyi ortaya çıxıb.

Ermənistanın illərdir dəstək verdiyi və ərazisində düşərgə qurmaq imkanı yaratdığı terrorçular sərhəddən adlayaraq TİKKO, MHP, TİKB, MLKP kimi qanunsuz sol terror təşkilatlarının kamuflyajı altında bölgəyə sızıb.

Terrorçuların Qara dənizə sızmasının əsas səbəbi də aydın olub. Amons dağlarında məhv edilən PKK yenidən təşkilatlanaraq Qara dənizi Amonsa çevirmək niyyəti güdür.