İlin ən yaxşıları seçildilər


Digərləri 06 Sen 2018 11:59:00 266 0

İlin ən yaxşıları seçildilər

Londondakı "Tate Modern" qalereyasında "GQ Men of the Year Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Mərasim "Hugo Boss"un təşkilatçılığı ilə təşkil olunmuşdu.

Son.az Daily Mail-ə  istinadən bildirir ki, mərasimin iştiakçıları arasında Rita Ora, Kayli Minouq, Krissi Teyqen, Con Lecend, Kris Hemsvort, Keyt Bekinseyl, Dua Lipa, Rozi Hantinqton-Uaytli, Endryu Kuper, Saşa Baron Koen,  Ayla Fişer, Zendaya və başqaları vardı.

Mərasimə qatılmış Uels şahzadəsi Çarlz nitq söyləyib.

Saşa Baron Koen jurnalın xüsusi mükafatını alıb. Dua Lipa "Ən yaxşı müğənni", mərasimə qatılmamış Naomi Kempbell "Stil ikonası", müğənni və bəstəkar Con Lecend "Ən zövqlü kişi", şahzadə Çarlz isə "Xeyriyyəçiliyə görə" mükafatını alıb.

"GQ Men of the Year Awards 2018"in nominasiyalarını və qalibləri təqdim edirik:

"Xeyriyyəçiliyə görə" - şahzadə Çarlz

"İlin solo müğənnisi" - Dua Lipa

"İlin dizayneri" - Çarlz Ceffri

"Dünya miqyasında ilin adamı" - Çedvik Bosman

"İlin siyasətçisi" - Devid Lemmi

"İlin idmançısı" - Harri Keyn

"İlin brendi" - "Philipp Plein"

"Hugo Boss-un seçdiyi ilin aktyoru" - Tom Beytman