Əvvəl iki tanışını, sonra özünü bıçaqladı


Digərləri 06 Sen 2018 11:41:00 210 0

Əvvəl iki tanışını, sonra özünü bıçaqladı

Lənkəranda üç nəfər bıçaqlanıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsi ərazisində baş verib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına üç nəfər yaralı bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə daxil olub. Daxil olan yaralılardan 1952-ci il təvəllüdlü Veravul kənd sakini olan, Nərimanabad qəsəbəsində məskunlaşan Oktay Əliağa oğlu Həsənov qarın boşluğundan, 1947-ci il təvəllüdlü Hüseynağa Kitabulla oğlu Əliyev ürək nahiyəsindən, 1947-ci il təvəllüdlü Faiq Vaqif oğlu Məlikov isə hər iki bud nahiyəsindən xəsarətlər alıblar.