Tayvan Rusiya vətəndaşları üçün vizasız oldu


Dünya 06 Sen 2018 11:50:00 210 0

Tayvan Rusiya vətəndaşları üçün vizasız oldu

Rusiya vətəndaşları sentyabrın 6-dan Tayvana vizasız rejimdə səfər edə biləcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu qərar test rejimində 2019-cu il iyulun 31-ə qədər qüvvədə olacaq.

Rusiya XİN-dən bildirilib ki, ölkə vətəndaşları Tayvanda 14 gün müddətində vizasız qala bilərlər. Qaydalar turizm məqsədilə və müxtəlif tədbirlərdə iştirak etmək üçün bura səfər edənlərə şamil olunacaq.