Maradona yenidən baş məşqçi postunda


İdman 06 Sen 2018 11:09:00 254 0

Maradona yenidən baş məşqçi postunda

Argentina millisinin keçmiş futbolçusu Dieqo Maradona Meksika çempionatında məşqçilik edə bilər.

Goal.az xəbər verir ki, keçmiş futbol ulduzu bu ölkənin Darados de Sinaola klubu ilə müqavilə bağlamağa hazırlaşır. Tərəflər arasında danışıqlar başa çatıb. Şərtlər razılaşdırılıb.  

Qeyd edək ki, Maradona Belarusun Brest klubunun idarə heyətinin sədridir.