700 bal toplayan Kənan Məhəmmədli: “BANMı bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”


Digərləri 06 Sen 2018 11:18:00 350 0

700 bal toplayan Kənan Məhəmmədli: “BANMı bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Bu ilin qəbul imtahanında 700 bal toplayan ­­­­­­­­­­­­­­­­­Kənan Məhəmmədli Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

Son.az müsahibəni təqdim edir:

- Kənan, özünüz haqda bir az danışın.

- Mən Məhəmmədli Kənan, Goranboy rayonu, Səfikürd kəndində anadan olmuşam. Birinci sinfə elə Səfikürd tam orta məktəbində getmişəm, 2018-ci ildə isə bu məktəbdən məzun olmuşam. 5-ci sinifdə şahmat oyunu üzrə rayon birincisi, 9-cu sinifdə isə məntiq yarışması üzrə məktəb birincisi olmuşam.

- Qəbul imtahanında göstərdiyiniz uğura görə kimə təşəkkür edərdiz?

- Valideynlərimə və mənə əziyyət çəkən bütün müəllimlərimə təşəkkür edirəm.

- Niyə I qrupa üstünlük vermisiz?

- Texniki fənləri həmişə çox sevmişəm, bu səbəbdən də I qrupa hazırlaşmağı qərara aldım.

- Ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz?

- BANM-ı seçmək üçün səbəb çoxdur. Bilirdim ki, burada təhsilin səviyyəsi yüksəkdir. Həm də, burada "Foundation" ili var ki, sənə mükəmməl ingilis dili və kompüter texnologiyaları öyrədirlər. Bu Ali Məktəb insan üçün böyük imkanlar açır.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

- Boş vaxtlarımda ən çox musiqi dinləyirəm. Bundan başqa, bədii əsərlər oxuyuram, ən çox da detektiv əsərlər xoşuma gəlir.

- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

- Mən "Proseslərin avtomatlaşdırılması mühəndisliyi"ni seçdim. Düzü, elə əvvəldən həmin ixtisasa qəbul olmaq üçün çalışırdım.

- Niyə məhz "Proseslərin avtomatlaşdırılması mühəndisliyi"ni istəmisiz?