Polis generelı: "Məhərrəmlik ayı ilə bağlı ictimaisiyasi asayişin qorunması..." FOTO


Digərləri 06 Sen 2018 10:46:00 280 0

Polis generelı: "Məhərrəmlik ayı ilə bağlı ictimaisiyasi asayişin qorunması..."  FOTO

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Məhərrəmlik ayı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə tədbir keçirilib.

Son.az xəbər verir ki, Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DQİDK sədrinin müavini Səyavuş Heydərovun iştirakı ilə keçirilən tədbirdə Azərbaycandakı dini durum, bu sahədə baş verən proseslər, tendesiyalar, o cümlədən bəzi xarici ölkələr, onların nəzarətində olan mərkəzlər tərəfindən respublikamıza qarşı dini müstəvidə yönəlmiş təhdid və təsirlər müzakirə olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, Azərbaycanda ictimai-siyasi, o cümlədən dini durum sabitdir. S.Heydərovun sözlərinə görə, Azərbaycan dövlətinin din sahəsindəki başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsidir.

Sədr müavini onu da deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizlik konsepsiyasının əsas elementlərindən biri olan dini təhlükəsizliyin təminatı ciddi əhəmiyyət kəsb edir. Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur, eyni zamanda, ictimai-siyasi asayışın daha mükəmməl təminatı üçün olduqca mühümdür.


Xəbərə aid fotolar