Paytaxtın bu küçəsi təmirə bağlanır


Digərləri 06 Sen 2018 09:52:00 269 0

Paytaxtın bu küçəsi təmirə bağlanır

Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində sentyabr ayının 7-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısamüddətlik qismən məhdudlaşdırılacaq. Küçə boyu hərəkət tam məhdudlaşdırılmır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.