“Azərbaycan” qəzeti: Kimi zəhmət çəkir, kimi də zəhmət çəkmədən pul qazanır


Sosial 06 Sen 2018 09:33:45 67 0

“Azərbaycan” qəzeti: Kimi zəhmət çəkir, kimi də zəhmət çəkmədən pul qazanır

“Meyvəli bazar”da 30-50 qəpiyə satılan satılan yemiş Yeni Yasamalda 1,50 manata satılır”

Rəsmi “Azərbaycan” qəzetində “Uduzan istehsalçı, qazanan işbazdır” başlıqlı məqalə dərc olunub.“Report” maraqlı olduğunu nəzərə alaraq, məqaləni olduğu kimi təqdim edir:

Keçmiş SSRİ-də ilk dəfə aqrar islahatlar Azərbaycanda həyata keçirilib. Məqsəd torpağı əsl sahibinə - kəndliyə qaytarıb ona fəaliyyət sərbəstliyi vermək idi. Dünya təcrübəsi göstərir ki, bol məhsul istehsalına nail olmağın yeganə yolu da budur. Sovetlər dönəmindəki inzibati amirlik idarəetmə sistemi isə kəndliyə sərbəstlik vermirdi. Üstəlik, istehsal etdiyi məhsulu "tədarük” adı ilə ucuz qiymətə alıb kəndlini qazanmaq imkanından məhrum edirdi.

Müstəqilliyimizi bərpa etdikdən sonra bu ədalətsizliyi aradan qaldırmaq üçün çox iş görüldü. Qanunvericilik bazası təkmilləşdirildi, kəndliyə maddi və mənəvi dəstək göstərildi, on növ verginin doqquzundan azad olundu. Qeyd edək ki, güzəştli kreditlərin 80 faizi regionlarda fəaliyyət göstərən sahibkarlara verilir. Demək, güzəştli kreditlərdən daha çox fermerlər istifadə edirlər. Dövlət onları torpaq vergisindən savayı bütün növ vergilərdən azad edib, üstəlik, istifadə etdikləri yanacaq, sürtkü yağları, mineral gübrələr üçün dotasiya ödənilir, həmçinin kənd təsərrüfatı texnikası və damazlıq heyvan və toxumları aşağı qiymətə satır. Məqsəd fermerlərə bol məhsul istehsalı üçün imkan yaratmaqla ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə nail olmaqdır. Bu gün inamla deyə bilərik ki, ərzaq təhlükəsizliyi sahəsində mühüm işlər görülüb. Bunun nəticəsində son illər bir çox məhsulların istehsalında faizlə deyil, dəfələrlə artım müşahidə edilir. Lakin xoşagəlməz hal odur ki, belə bolluqdan istifadə edən bəzi işbazların məhsulu kəndlidən ucuz qiymətə alıb bazarda baha satmaları haqlı narazılığa səbəb olur.

Dünyada istehsal edilən hər bir məhsulun dəyəri var və qiymət də bu dəyərə uyğun formalaşır. Yəni, istehsal edilən məhsul maya dəyərindən baha satılmalıdır ki, istehsalçı da qazanc götürsün. İstehsalçı qazanc götürməsə, fəaliyyətini dayandırmalı olar. Belə hal bazar iqtisadiyyatının tələbidir. Bu gün paytaxtda satılan məhsulla kəndlinin satdığı məhsulun qiyməti arasında kəskin fərq var. Belə ki, min bir əziyyət çəkib məhsul yetişdirən kəndli ya az qazanır, ya da demək olar ki, qazanmır. Arada olan işbazlar isə, necə deyərlər, "qaz vurub qazan doldururlar”. Avqust ayında jurnalist kimi bu məsələni araşdırdıqda məlum oldu ki, "Meyvəli bazar”da 8 kiloqramlıq yeşiklə dolu şaftalı 6 manata satıldığı halda, 4-5 kilometr məsafədə yerləşən Yeni Yasamalda bu məhsulun hər kiloqramı 2 manat 50 qəpiyə satılır. Belə ki, il boyu bu məhsulu yetişdirən kəndli kiloqramı 1 manat 30 qəpiyə satdığı halda işbazlar bundan dəfələrlə çox qazanır. Həmin bazarda yemişin 1 kiloqramı 30-50 qəpik arasında satıldığı halda paytaxtda 1 manat 50 qəpiyə satılır. Bu hal bütün kənd təsərrüfatı məhsullarının qiymətində müşahidə olunur. Görün, nə qədər qiymət fərqi var. Kimi zəhmət çəkir, kimi də zəhmət çəkmədən pul qazanır. Uduzan istehsalçı, narazı qalan da şəhər sakinləridir.

Belə halda məşhur "Nə etməli?” sualına cavab axtarmalı oluruq. Dövlət topdan və pərakəndə satışla məşğul olmur. Ancaq bazarda məhsul satışının tənzimlənməsi üçün mütləq alternativ olmalıdır. Bu işlə bələdiyyələr məşğul ola bilərlər. Şəhərin bütün rayonlarında bələdiyyələrin satış məntəqələri və mağazaları fəaliyyət göstərməlidir. Hətta məhsulun səyyar qaydada ixtisaslaşdırılmış maşınlarla satışını da təşkil etmək olar. Təki istək olsun...

Burada bir məqama toxunmaq istərdik. Heç kəsə sirr deyil ki, paytaxtda sakinlər bəzi bələdiyyələrin fəaliyyətindən narazıdır. Onlara bu barədə irad tutulanda "neyləyək, vəsaitimiz yoxdur” deyirlər. Bu da vəsait qazanmağın bir yolu!

Dünya təcrübəsində də belə hal mövcuddur. Ancaq bir şərtlə: bələdiyyələr qazanc götürmək üçün işbazlarla yarışa çıxmamalıdır. Mağazaların, satış məntəqələrinin və səyyar maşınların üzərində bələdiyyələrə məxsusluğu qeyd edilməlidir. Alıcılar da bilməlidirlər ki, burada qiymətlər münasibdir. Belə alternativ variant işbazların əl-qolunu bağlayacaq. Bir sözlə, təklif bizdən, istək sizdən...

Bakıda zibil qutusundan çıxan "nakolkalı" ələ görə Rusiyaya sorğu verildi  FOTO like
  • 06 Sen 09:27  
Kriminal Bakıda zibil qutusundan çıxan "nakolkalı" ələ görə Rusiyaya sorğu verildi FOTO

Zibil qutusundan tapılan balta ilə kəsilmiş, tatuirovkalı əllə bağlı Ru

arrow Ətraflı
Paytaxtın bu küçəsi təmirə bağlanır like
  • 06 Sen 09:27  
Digərləri Paytaxtın bu küçəsi təmirə bağlanır

Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində sentyabr

arrow Ətraflı
İstanbulda fabrik yanır like
  • 06 Sen 09:25  
Digərləri İstanbulda fabrik yanır

İstanbulda Bəylidüzü rayonunda yerləşən fabrikdə yanğın başlayıb.

arrow Ətraflı
Sentyabrın 6-da xarici valyutaların manata qarşı məzənnələri like
  • 06 Sen 09:18  
Digərləri Sentyabrın 6-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnə

arrow Ətraflı
Mövqelərimiz pulemyotlardan atəşə tutuldu like
  • 06 Sen 09:17  
Siyasət Mövqelərimiz pulemyotlardan atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
İŞİD Kabildəki terror aktına görə məsuliyyəti üzərinə götürdü like
  • 06 Sen 09:13  
Dünya İŞİD Kabildəki terror aktına görə məsuliyyəti üzərinə götürdü

İŞİD terror qruplaşması çərşənbə günü Əfqanıstanın paytaxtı Kabi

arrow Ətraflı
Dövlət qulluğuna qəbulla bağlı növbəti sınaq imtahanlarının VAXTI məlum oldu like
  • 06 Sen 09:12  
Digərləri Dövlət qulluğuna qəbulla bağlı növbəti sınaq imtahanlarının VAXTI məlum oldu

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtah

arrow Ətraflı
5 otaqlı ev yandı like
  • 06 Sen 09:10  
Digərləri 5 otaqlı ev yandı

Ağcabədidə 5 otaqlı ev yanıb.

arrow Ətraflı
Sutka ərzində atəşkəs 99 dəfə pozuldu like
  • 06 Sen 09:05  
Digərləri Sutka ərzində atəşkəs 99 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Rusiyanın “Eurovision” təmsilçisi ölkəsindən mühacirət etdi  VİDEO like
  • 06 Sen 09:05  
Digərləri Rusiyanın “Eurovision” təmsilçisi ölkəsindən mühacirət etdi VİDEO

Rusiyanın "Eurovision 2018" təmsilçisi Yuliya Samoylova ölkəsind

arrow Ətraflı
Sevgilinizin xasiyyətini ayaqlarından öyrənin like
  • 06 Sen 08:59  
Digərləri Sevgilinizin xasiyyətini ayaqlarından öyrənin

Qarşınızdakı insanın ayaq forması və barmaqlarından sizə uyğun sevgili

arrow Ətraflı
Android smartfonları hücuma məruz qalıb like
  • 06 Sen 08:55  
Digərləri Android smartfonları hücuma məruz qalıb

"ESET" şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri &q

arrow Ətraflı