Körpənizin ağıllı doğulmasını istəyirsinizsə, bunları edin


Digərləri 06 Sen 2018 08:31:00 249 0

Körpənizin ağıllı doğulmasını istəyirsinizsə, bunları edin

Alimlər müəyyən ediblər ki, uşaqların ağıllı və istedadlı olmalarının 50%-i genetik faktorlarla əlaqəlidirsə, digər yarı faizi kənar faktorlardan asılıdır.

Son.az axşam.az-a istinadən körpəsinin ağıllı doğulmasını istəyən hamilələrə 8 əsas məsləhəti təqdim edir:

1. Hamilə olarkən çoxlu nağıllar danışın

Körpənin dil inkişafı hamiləliyin son 3 ayında başlayır. O, həmin dövrdə səsləri eşidir və yaddaşına yazır. Bu səbəbdən çoxlu nağıllar oxuyun.

2. Aktiv olun

Daim hərəkətdə olmaq körpənizin də ana bətnində özünü yaxşı hiss etməsinə səbəb olur. Belə hamilələrin körpələrinin beynində neyronların sayı artır ki, bu da onların gələcəkdə öyrənmək bacarığını inkişaf etdirir.

3. Daha çox günəş enerjisi qəbul edin

Gündə 20 dəqiqə də olsa, Günəş enerjisi qəbul etməlisiniz. Adətən, hamilələrdə çatışmayan vitaminlərdən biri də D vitaminidir. Bu vitamin körpələrin ürəyinin və sümüklərinin güclü olması üçün lazımdır.

4. Qarnınıza masaj edin