Yaponiya kosmosdan pul qazanacaq


Digərləri 06 Sen 2018 08:25:00 284 0

Yaponiya kosmosdan pul qazanacaq

Yaponiyanın "PD AeroSpace" şirkəti turistləri kommersiya əsasında kosmosa aparacaq çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş kosmik gəmi üzərində işləyir. "Kyodo" agentliyi yazır ki, şirkət 2023-cü ilədək kosmik turizm proqramını həyata keçirməyi planlaşdırır.   Son.az ICTnews-a istinadən bildirir ki, sözügedən şirkət tərəfindən hazırlanmaqda olan və öz formasına görə təyyarəni xatırladan kosmik gəmi sərnişinləri 110 km hündürlüyə  qaldırmaq qabiliyyətinə malik olacaq. Kosmik gəmi öz bortunda 6 sərnişin və iki pilot daşıya bilər. Biletin qiyməti təxminən 153 min dollar təşkil edəcək.   Şirkətin mütəxəssisləri artıq gələcək kosmik gəminin prototipini sınaqdan keçirirlər. Kosmosda qısa müddət vaxt keçirilməsinə baxmayaraq, sərnişinlər çəkisizlik halını hiss edə və Yer kürəsini kənardan izləyə biləcəklər.