Bu gün UEFA Millətlər Liqası start götürəcək


Digərləri 06 Sen 2018 08:22:00 258 0

Bu gün UEFA Millətlər Liqası start götürəcək

Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqası start götürəcək.

Bakı. Tural Turan - Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqası start götürəcək. Trend-in məlumatına görə, I turun oyunları 3 günü əhatə edəcək. D Liqasının III qrupunda yer alan Azərbaycan millisi ilk matçını sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçirəcək. İlk oyun günündə isə Avropanın müxtəlif ölkələrində 9 görüş baş tutacaq. A Liqasında favoritlərdən sayılan Almaniya və Fransa üz-üzə gələcək. Azərbaycan millisinin yer aldığı D liqasında isə Qazaxıstan–Gürcüstan və Latviya–Andorra oyunları keçiriləcək. A Liqası I qrup 6 sentyabr 22:45. Almaniya – Fransa II qrup 8 sentyabr 20:00. İsveçrə - İslandiya III qrup 7 sentyabr 22:45. İtaliya – Polşa IV qrup 8 sentyabr 22:45. İngiltərə - İspaniya B Liqası I qrup 6 sentyabr 22:45. Çexiya – Ukrayna II qrup 7 sentyabr 22:45. Türkiyə - Rusiya III qrup 8 sentyabr 17:00. İrlandiya - Bosniya və Herseqovina IV qrup 6 sentyabr 22:45. Uels – İrlandiya C Liqası I qrup 7 sentyabr 22:45. Albaniya – İsrail II qrup 8 sentyabr 20:00. Finlandiya - Macarıstan 22:45. Estoniya - Yunanıstan III qrup 6 sentyabr 22:45. Sloveniya - Bolqarıstan 22:45. Norveç – Kipr