Yaponiyada zəlzələ zamanı 110 nəfər xəsarət alıb:


Dünya 06 Sen 2018 08:20:00 241 0

Yaponiyada zəlzələ zamanı 110 nəfər xəsarət alıb:

Yaponiya polisinin və yanğından mühafizə xidmətinin məlumatına görə, Hokkaydo adasında baş verən 6,7 ballıq zəlzələ zamanı 110 nəfər xəsarət alıb, 19 nəfər insan itkin düşmüş sayılır.

Son.az Trend-ə istinadən bildirir ki, Atsuma qəsəbəsində torpaq sürüşməsi baş verib. 19 nəfərin yerini müəyyənləşdirmək mümkün olmayıb. Tomakomay şəhərində xəsarət alan bir nəfər kritik vəziyyətdədir.

Adada elektrik təchizatı böyük miqyasda dayandırılıb. Bu səbəbdən 3 milyondan çox insan işıqsız qalıb.