Biləsuvarda partlamamış hərbi sursatlar və tapança aşkarlanıb (FOTO)


Digərləri 06 Sen 2018 08:01:00 225 0

Biləsuvarda partlamamış hərbi sursatlar və tapança aşkarlanıb (FOTO)

Biləsuvar rayonunda yerləşən "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində hərbi sursatlar və tapança aşkarlanıb

Bakı. Tural Turan - Biləsuvar rayonunda yerləşən "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində hərbi sursatlar və tapança aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 1 sentyabr tarixində saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 5 sentyabr tarixində də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd müxtəlif növ partlamamış hərbi sursat və 1 ədəd pnevmatik tapança aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.