Biləsuvarda partlamamış hərbi sursatlar aşkarlanıb FOTO


Digərləri 06 Sen 2018 07:46:00 264 0

Biləsuvarda partlamamış hərbi sursatlar aşkarlanıb  FOTO

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Son.az-a verilən xəbərə görə, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd müxtəlif növ partlamamış hərbi sursat və 1 ədəd pnevmatik tapanca aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 14 000 kv.m əraziyə yerüstü və 900 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Ümumilikdə 5 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 667 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapanca aşkar olunub, 44 500 kv.m əraziyə yerüstü və 2 560 kv.m əraziyə isə yeraltı baxış keçirilib.


Xəbərə aid fotolar