Yaponiyada baş verən zəlzələdə ölənlərin və yaralıların sayı artıb - YENİLƏNİB-4


Dünya 06 Sen 2018 07:26:00 290 0

Yaponiyada baş verən zəlzələdə ölənlərin və yaralıların sayı artıb - YENİLƏNİB-4

Təbii hadisə zamanı həmçinin bir nəfər ölüb

Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ zamanı ölənlərin sayı 2 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hökumətin baş katibi Yosixide Suqa mətbuat konfransında bildirib.

Məlumata görə, təbii hadisə zamanı xəsarət alanların sayı 125 nəfərə çatıb. Bundan əlavə, zəlzələ zamanı 39 nəfər itkin düşüb.

Daha əvvəl zəlzələ nəticəsində 110 nəfərin yaralandığı, 20 nəfərin itkin düşdüyü, 1 nəfərin öldüyü bildirilirdi.

Çərşənbə günü Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri İbura rayonunda yerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə olub.

***05:25

Yaponiyanın şimalındakı Hokkaydo adasında baş verən zəlzələ zamanı xəsarət alanların sayı 110 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, Açuma qəbəsində baş verən torpaq sürüşməsi zamanı onlarla itkin düşüb. Bundan əlavə, Tokomay şəhərində daha 1 nəfər kritik vəziyyətdədir.

Qeyd edək ki, təbii hadisə zamanı həmçinin bir nəfər ölüb.

***04:53

Yaponiya polisinin və yanğından mühafizə xidmətinin məlumatına görə, Hokkaydo adasında baş verən 6,7 ballıq zəlzələ zamanı 87 nəfər xəsarət alıb, onlarla insan itkin düşmüş sayılır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Açuma qəsəbəsində torpaq sürüşməsi baş verib. 20 nəfərin yerini müəyyənləşdirmək mümkün olmayıb. Tomakomay şəhərində xəsarət alan bir nəfər kritik vəziyyətdədir.

Adada elektrik təchizatı iri miqyasdadayandırılıb. Bu səbəbdən 3 milyondan çox insan işıqsız qalıb.

Qeyd edək ki, çərşənbə günü Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri İbura rayonunda yerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə olub.

***03:40

Yaponiyanın şimalında baş verən zəlzələ zamanı 1 nəfər ölüb.

Bu barədə "Report" "Kiodo" agentliyinə istinadən xəbər verir.

Agentliyin yerli hakimiyyət orqanlarına və yanğınsöndürənlərə istinadən yaydığı məlumata görə, Tomakomay şəhərində 82 yaşlı qoca yeraltı təkanlar zamanı evinin pilləkənindən yıxılaraq ölüb.

Təbii hadisə Açuma yaşayış məntəqəsində 5, Sapporo şəhərində isə 2 evi dağıdıb. Zəlzələnin baş verdiyi ərazilərdə xilasetmə işləri aparılır.

Qeyd edək ki, Hokkaydo adasında, Sapporo şəhərindən 67 kilometr məsafədə zəlzələ olub. Yerli KİV-in məlumatına görə, təbii hadisə zamanı azı 10 nəfər xəsarət alıb.

***02:04

Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ zamanı azı 10 nəfər xəsarət alıb.

Bu barədə "Report" NHK-ə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, təbii hadisə ölkənin müxtəlif ərazilərində torpaq sürüşmələri nəticəsində bir neçə evin dağılmasına səbəb olub.

Qeyd edək ki, daha əvvəl Hokkaydo adasında 6, 7 bal gücündə zəlzələnin baş verməsi haqda məlumat yayılıb. Bəzi KİV-lər bir neçə saat bundan əvvəl ölkədə ikinci zəlzələnin baş verdiyinixəbər veriblər.