Balçılıda 1 ədəd əl qumbarası aşkarlanıb (FOTO)


Digərləri 06 Sen 2018 00:54:01 285 0

Balçılıda 1 ədəd əl qumbarası aşkarlanıb (FOTO)

Yevlax rayonu Balçılı kəndi ərazisində 1 ədəd əl qumbarası aşkarlanıb

Bakı. Tural Turan - Yevlax rayonu Balçılı kəndi ərazisində 1 ədəd əl qumbarası aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, dünən dünən saat 17:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Yevlax rayonu, Balçılı kəndi ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Yevlax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.