"Güzəştli mənzil" sistemi vasitəsilə mənzil seçimi etmiş vətəndaşların 90%i ərizələrini imzalayaraq təqdim edib


Digərləri 05 Sen 2018 23:15:00 317 0

"Güzəştli mənzil" sistemi vasitəsilə mənzil seçimi etmiş vətəndaşların 90%i ərizələrini imzalayaraq təqdim edib

"Güzəştli mənzil" sistemi vasitəsilə mənzil seçimi etmiş vətəndaşların 90%-i ərizələrini uğurla imzalayaraq təqdim edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Son.az-a verilən məlumata görə, agentliyin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzilin seçimi uğurla başa çatdırılıb.

Güzəştlə mənzil əldə etmək hüququna malik olan vətəndaşlar Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə "Güzəştli mənzil" sistemində öz elektron kabinetlərinə daxil olub real vaxt rejimində mənzilləri bərabər şəraitdə seçim imkanına malik olub.