BƏƏ sakinləri halal turizm seqmentində 17 milyard dollardan çox vəsait xərcləyiblər


Digərləri 05 Sen 2018 23:02:00 305 0

BƏƏ sakinləri halal turizm seqmentində 17 milyard dollardan çox vəsait xərcləyiblər

Dubayın Ticarət-Sənaye Palatasının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sakinləri 2017-ci ildə ölkə hüdudlarından kənarda halal turizm seqmentinə 17,6 milyard dollar vəsait xərcləyiblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, BƏƏ vətəndaşları bu göstərici üzrə əhalisi əsasən müsəlmanlardan ibarət ölkələr arasında lider olublar. İkinci yeri Səudiyyə Ərəbistanı sakinləri (16 milyard dollar), üçüncü yeri isə Küveytdən olan səyahətçilər (10,5 milyard dollar) tutublar. Dubay Ticarət-Sənaye Palatasının hesabatına görə, bu rəqəmlər "Mastercard" ödəniş sistemi və Dünya Turizm və Səyahət Şurasının məlumatlarına əsaslanıb.