Nigeriyada 10 nəfər daşqınların qurbanı olub


Dünya 05 Sen 2018 22:11:00 270 0

Nigeriyada 10 nəfər daşqınların qurbanı olub

Nigeriyanın Kebbi ştatında 10 nəfər daşqınların qurbanı olub.

Son.az "report"-a istinadən bildirir ki, daşqınlar çərşənbə günü ştatın iki rayonunda baş verib. Ştatın qubernatorunun mətbuat katibi Əbubəkir Dakinqarinin sözlərinə görə, fasiləsiz yağan yağışların səbəb olduğu daşqınlar 1 əsgərin və 9 nəfərin ölümünə səbəb olub. Əsgərin bir qadını güclü su axınından xilas etdiyi zaman öldüyü bildirilir.