"Facebook" və "Twitter" şirkətlərinin rəhbərləri ABŞ Konqresinin dinləmələrində ifadə verəcəklər


Digərləri 05 Sen 2018 22:17:00 276 0

"Facebook" və "Twitter" şirkətlərinin rəhbərləri ABŞ Konqresinin dinləmələrində ifadə verəcəklər

"Facebook" və "Twitter" şirkətlərinin rəhbərləri bu gün ABŞ Konqresinin internetlə siyasətin əlaqələrinə həsr olunmuş dinləmələrində ifadə verəcəklər. "Facebook" şirkətinin administrasiyası seçkilərdə mümkün müdaxiləni ciddi qəbul etdiyini və bu problemə məsuliyyətlə yanaşdığını dəfələrlə təsdiqləyib. "Twitter" şirkətinin rəhbərləri də siyasətin öz fəaliyyətlərinə hər hansı təsirini inkar edirlər.

ABŞ Konqresinin kəşfiyyat üzrə senat komissiyasının sorğusuna baxmayaraq, "Google Alphabet Inc" şirkətinin rəhbərlərindən heç biri dinləmələrdə ifadə verməyəcək. Bu da, öz növbəsində, ABŞ qanunvericilərini məyus edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, şirkətin dərc olunan rəsmi ifadələrinə görə, "Facebook"un baş icraçı direktoru Şeril Sandberq "Twitter" şirkətinin baş icraçı direktoru Cek Dorsi ilə birgə çıxış edərək bildirib ki, xarici dövlətlərdən müdaxiləyə qarşı onun şirkətinin səyləri ABŞ-da 2016-cı il seçkilərindən sonra yaxşılaşıb. "Bunun cavabında gördüyümüz tədbirlər bizim bu kimi müdaxilələri dayandırmaqdan ötrü mümkün olan hər şeyi etmək qətiyyətimizi nümayiş etdirir", - deyə Ş.Sandberqin ifadələrində bildirilir. Sandberqin bəyanatına görə, şirkət "mötəbər olmayan" məzmunda məlumatların axtarışı və kənarlaşdırılması sahəsində üsulları təkmilləşdirir. Bəyanatda, həmçinin bildirilir ki, şirkətdə məlumatların təhlükəsizliyi və qorunması sahəsində 20 mindən çox adam çalışır.