Avstriyada ilk "ağıllı küçə"nin açılışı olub


Digərləri 05 Sen 2018 22:02:00 220 0

Avstriyada ilk "ağıllı küçə"nin açılışı olub

Avstriyanın Melk şəhərində ölkədə ilk "ağıllı küçə"nin (smart stree) açılışı olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müasir texnologiyalar əsasında yaradılan pilot layihə çərçivəsində işıq dirəkləri və nəqliyyat üçün işıq siqnalları texnikasının idarə edilməsi, elektrik avtomobilləri və mobil telefonlar üçün enerji yükləmə qovşağı, hüquq-mühafizə orqanlarının nəzarətində olan videonəzarət kameraları, bərpa olunan enerjidən istifadə və digər yeniliklər təqdim olunub.

"Düşünən" küçədə quraşdırılmış səkkiz ədəd işıq dirəyi ilkin mərhələdə altı əsas funksiya üzrə fəaliyyət göstərəcək. Avtomobil və piyadaların küçədə hərəkət etmədiyi gecə saatlarında dirəklərdə işıq zəifləməli, hərəkət edən obyektlər əraziyə yaxınlaşdıqda isə işıq gurlaşmalıdır. Bütün bunlar gələcəkdə bələdiyyələrin enerji sərfiyyatını aşağı salmağa kömək edəcəkdir. Eyni zamanda dirəklərdə quraşdırılmış videokameralar küçələrin təhlükəsizliyini təmin etməyə şərait yaradacaqdır. Mikrofonlar vasitəsilə yaxınlaşmaqda olan təcili yardım, polis və ya yanğınsöndürən maşınların səsini qəbul edən akustik sistem vasitəsilə isə nəqliyyatın hərəkətini dəyişmək üçün işıqforlar müvafiq rejimə keçəcəklər.

Dronlar, elektrik avtomobilləri və velosipedləri, həmçinin mobil cihazlar üçün enerji mənbəyi ilə təmin edilən dirəklərdə ənənəvi nəqliyyat lövhələrinin yerləşdirilməsi də nəzərdə tutulur. Bununla da ənənəvi lövhələrdən rəqəmsal lövhələrə keçidin axıcı şəkildə baş tutması təmin edilir.


Xəbərə aid fotolar