Kartofa gömrük rüsumu artırıldı Bu qərar qiymətə təsir edəcəkmi? VİDEO


Digərləri 05 Sen 2018 22:08:00 265 0

Kartofa gömrük rüsumu artırıldı  Bu qərar qiymətə təsir edəcəkmi?  VİDEO

Sentyabrın 1-dən oktyabrın 31-ə qədər ölkəyə idxal edilən kartofun gömrük tarif dərəcəsi iki dəfə artırılıb.

Son.az bildirir ki, bunula bağlı Nazirlər Kabineti qərar verib.

Qərara əsasən ölkəyə idxal edilən kartofun gömrük rüsumu məhsulun gömrük dəyərinin 30 faizi həcmində olacaq. Bundan əvvəl kartof üçün idxal gömrük rüsumu 15 faiz olub.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini Fərman Kərimov deyir ki, qərarın verilməsinin əsas səbəbi daxili bazarı qorumaqdır. Belə ki, ölkə üzrə 53 min hektarda kartof əkilib və proqnozlara görə, 900 min ton məhsul istehsalı gözlənilir. Ölkədaxili tələbat tam ödənildiyindən xaricdən gətirilən kartofun həcmini azaltmaq üçün belə bir qərar verilib.