Azərbaycanda zəlzələ olub - YENİLƏNİB


Sosial 05 Sen 2018 21:38:00 226 0

Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

Zəlzələ episentrdə 4 bal olub

Yerli vaxtla saat 21:11-də Lənkəran stansiyasından 10 km qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

"Report"Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəRespublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Yeraltı təkanların maqnitudası 3,7, dərinliyi 16 km olub.

***21:51

Lənkəran rayonunda zəlzələ olub.

"Report" xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 21:12-də qeydə alınıb.

Zəlzələ 3 bala qədər hiss edilib.