Bakıda tikinti şirkəti sakinləri təhlükə ilə üzüzə qoyub VİDEO


Digərləri 05 Sen 2018 21:38:00 271 0

Bakıda tikinti şirkəti sakinləri təhlükə ilə üzüzə qoyub  VİDEO

Bakıda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilib.

Sakinlər mənzil başına çatmaq üçün qarşı tərəfə keçməyə və ya yolun hərəkət hissəsi ilə getməyə məcbur olurlar.

Son.az bildirir ki, söhbət paytaxtın Binəqədi rayonu, Beynəlxalq Avtovağzal Komplekisnin qarşısından gedır. "Motodrom" kimi tanınan ərazidə yaşayan sakinlər deyirlər ki, səki zəbt edildiyindən çətin vəziyyətdə qalıblar.

Sakinlərin sözlərinə görə, bu yoldan məktəbə gedən uşaqlar da istifadə edirlər. Ona görə də sentyabrın 15-dən onların işi daha da çətinləşəcək. Yolda isə hərəkət edən avtomobillərin ardı-arası kəsilmədiyindən qəza riski yüksəkdir.