Prezident İlham Əliyev Xorvatiyaya rəsmi səfərə gəlib FOTO


Siyasət 05 Sen 2018 21:11:00 373 0

Prezident İlham Əliyev Xorvatiyaya rəsmi səfərə gəlib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin "Franyo Tucman" aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

"Franyo Tucman" aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşıladılar.


Xəbərə aid fotolar