Pekində dünyanın ən böyük aeroportu inşa edilir VİDEO


Digərləri 05 Sen 2018 21:14:00 255 0

Pekində dünyanın ən böyük aeroportu inşa edilir  VİDEO

Çinin paytaxtı Pekində dünyanın ən böyük hava limanı inşa edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Pekinin mərkəzindən 50 kilometr cənubda yerləşən yeni hava limanında tikinti-quraşdırma işlərinin gələn ilin iyununda başa çatması nəzərdə tutulub.

Pekində üçüncü hava limanı olacaq Dasin aeroportundan həm daxili, həm də beynəlxalq uçuşlar həyata keçiriləcək. Hava limanının sərnişin ötürmə gücü 2025-ci ildə 72 milyon nəfərə, yük ötürmə gücü isə 2 milyon tona çatacaq. Ümumi sahəsi bir milyon kvadratmetrə qədər genişləndiriləcək hava limanının ərazisində dünyada ilk dəfə sürətli dəmir yolu xidməti də olacaq. Aeroportun 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq.