Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyaya rəsmi səfərə gəlib


Digərləri 05 Sen 2018 21:10:00 196 0

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyaya rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gəlib.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin “Franyo Tucman” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. “Franyo Tucman” aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşıladılar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin