"Guya mən Atletiko-nu məcbur etməyə çalışmışam"


İdman 05 Sen 2018 20:33:00 199 0

"Guya mən Atletiko-nu məcbur etməyə çalışmışam"

Atletico Madrid-in müdafiəçisi Filipe Luis yay transferi zamanı PSG klubuna keçə bilərdi.

Goal.az xəbər verir ki, futbolçu belə bir şansının olduğunu deyib. “PSG-yə keçə bilərdim. Belə bir şans yaranmışdı. Atletico-nun rəhbərliyindən xahış etdim ki, məni göndərsin. Amma klubda bunu qəbul etmədilər. Dedilər ki,transfer pəncərəsi bağlanmaq üzrədir və mənə əvəzləyici tapmaq olmayacaq. Mətbuatın bu məsələyə münasibəti ürəyimcə olmadı. Guya mən Atletiko-nu məcbur etməyə çalışmışam. Yalandır.  Atletico transfer qiymətini açıqladı. PSG həmin qiymətlə razılaşmadı. Məsələ bitdi. Yalan xəbərlər məni kədərləndirir”,- deyə Luis bildirib.