Dünyada ilk kosmik lift yaradılıb


Digərləri 05 Sen 2018 20:12:00 253 0

Dünyada ilk kosmik lift yaradılıb

Yapon alimləri kosmik lift prototipi üzərində sınaqlar keçirəcəklər. Qurğu gələn həftə "H-IIB" raketdaşıyıcısının köməyi ilə orbitə çıxarılacaq.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, kosmik lift - bu, yüklərin raketlərdən istifadə etmədən kosmosa çıxarılması üçün nəzərdə tutulmuş hipotetik mühəndislik qurğusudur.

Qurğunun əsas komponenti Yer kürəsinin səthindən orbital stansiyaya kimi uzanan möhkəm burazdır. Stansiya geostasionar orbitdə yerləşir və mərkəzdənqaçma qüvvəsi sayəsində burazı saxlayır. Buraz vasitəsilə yük qaldırıcı mexanizm hərəkət edir.