Bu ölkədə 3,7 milyon uşaq təhsil ala bilmir


Dünya 05 Sen 2018 18:52:00 237 0

Bu ölkədə 3,7 milyon uşaq təhsil ala bilmir

Əfqanıstanda 3,7 milyon uşaq təhsil almaq hüququndan istifadə edə bilmir.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, təhsil naziri Mirvays Balxi bu barədə danışıb və ölkənin inkişafına mane olan əsas problemin təhsilsizlik olduğunu dilə gətirib. 3,7 milyon uşağın təhsil ala bilmədiyini vurğulayan nazir oxuyub yazmağı bacaran əhalinin sayını artırmaq üçün əllərindən gələni edəcəklərini deyib.

Son.az