Millət vəkili: "Uşaqların Aşura mərasiminə cəlb edilməsi onların psixologiyasına ciddi mənfi təsir göstərir"


Digərləri 05 Sen 2018 18:32:00 261 0

Millət vəkili: "Uşaqların Aşura mərasiminə cəlb edilməsi onların psixologiyasına ciddi mənfi təsir göstərir"

"Uşaqların Aşura mərasiminə cəlb edilməsi onların psixologiyasına ciddi mənfi təsir göstərir".

Son.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva qeyd edib ki, uşaqların Aşura mərasimində iştirakı onlarda ciddi psixoloji sarsıntılara da yol aça bilər: "Bilirik ki, Aşura mərasimində zəncir vurma, qan çıxarma kimi hərəkətlərə yol verilir. Eyni zamanda, ağlaşma və özünü döymə kimi hallara da rast gəlinir. Təbii ki, bu cür dəhşətli, qanlı və səs-küylü mərasimdə uşaqların psixoloji vəziyyəti ciddi şəkildə pozulur, onlar sarsıntı keçirirlər".