Çexiyanın Karlova Universitetinin nümayəndə heyəti BDU-da olub (FOTO)


Digərləri 05 Sen 2018 18:32:00 211 0

Çexiyanın Karlova Universitetinin nümayəndə heyəti BDU-da olub (FOTO)

Abel Məhərrəmov Çexiyanın Karlova Universitetinin Təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Zimanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Çexiyanın Karlova Universitetinin Təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Zimanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Universitetdən Trend-ə verilən məlumata görə, BDU ilə Karlova Universitetinin yarım əsrə yaxın əlaqələrinin olduğunu deyən rektor Abel Məhərrəmov əməkdaşlığın günü-gündən genişləndiyini, ötən illər ərzində 500-dən çox professor-müəllim və tələbənin akademik mübadilədə iştirak etdiyini diqqətə çatdırıb. Rektor, eyni zamanda, keçən il Karlova Universitetindən gəlmiş 10 nəfər müəllim və tələbənin ölkəmizin təbiətini, flora və faunasını öyrənmək üçün Gəncə, Qazax, Lənkəran və Naxçıvanda olduqlarını da xatırladıb. Karlova Universitetinin Təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Ziman rəhbərlik etdiyi fakültə haqqında danışıb. Məlum olub ki, 29 şöbəsi, 3 muzeyi və böyük botanika bağı olan Təbiət elmləri üzrə fakültə 1920-ci ildə yaranıb.