Avtomobildə gömrükdən gizlədilmiş mobil telefonlar və aksesuarlar aşkarlanıb (FOTO/VIDEO)


Digərləri 05 Sen 2018 18:16:29 212 0

Avtomobildə gömrükdən gizlədilmiş mobil telefonlar və aksesuarlar aşkarlanıb (FOTO/VIDEO)

Gömrükçülər avtomobilin salonunda gizlədilmiş mobil telefonlar və aksesuarlar aşkarlayıb.

Bakı. Gömrükçülər avtomobilin salonunda gizlədilmiş mobil telefonlar və aksesuarlar aşkarlayıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "BMW 320" markalı nəqliyyat vasitəsi "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.