Əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı dələduzluq edənlər


Digərləri 05 Sen 2018 17:40:00 293 0

Əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı dələduzluq edənlər

Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Son.az xəbər verir ki, Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması, pensiya təminatı sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Lakin, bəzi hallarda əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına rast gəlinir ki, bu qanunazidd hərəkətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilir.

Belə ki, özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri kimi təqdim edən bir qrup şəxsin pensiya və ünvanlı sosial yardımların təyin edilməsi ilə bağlı İsmayıllı rayon sakinlərindən qanunsuz olaraq pul almaları barədə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gülarə Bədirova tanışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə təsir etmək imkanına malik olmasına inandırıb, əlillik dərəcəsinin dəyişdirilməsi üçün ondan sentyabrın 3-də C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cinayət əlaqəsinə girdiyi həkim kardioloq Yeganə Osmanovanın xidməti otağında 2500 manat məbləğində pulu birlikdə alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.